6,5 maqnitudalı zəlzələ oldu – Sunami təhlükəsi…backend

6,5 maqnitudalı zəlzələ oldu - Sunami təhlükəsi...

Sakit okeanda Şimali Kuril adaları yaxınlığında 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.

KONKRET.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Saxalin filialı məlumat verib.

Zəlzələnin episentri Şimali-Kurilsk şəhərindən 232 km cənub-şərqdə yerləşib, ocağı dəniz dibindən 62 km dərinlikdə olub.

Şimali-Kurilskdə zəlzələ üç-dörd bal gücündə hiss edilib. Sunami təhlükəsi elan edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*