6 partiyanın YAP-a birləşməsinin özəl səbəbləri – ƏTRAFLIbackend

6 partiyanın YAP-a birləşməsinin özəl səbəbləri - ƏTRAFLI

Abbasqulu Bağırov, Xəzər rayonu, 21 saylı BŞX-nin baş həkimi

Iki gün öncə YAP növbədənkənar 7-ci qurultayını keçirdi. Cəmiyyət tərəfindən diqqətlə izlənən qurultayda bir çox maraqlı məqamlar baş verdi. YAP-ın Siyası Şurası buraxıldı. Yeni bir qurum – YAP Veteranlar Şurası yaradıldı. Partiyanın İcra Aparatı institutu ləğv olundu. Əvəzində Aparat rəhbərliyi yaradıldı. YAP İdarə Heyəti üzvlərinin sayı 20-dən 40-a qədər artırıldı. Və yeni tərkib seçildi. Gözlənildiyi kimi, bir sıra YAP funksionerləri partiyadakı yüksək statuslarını itirdi.

Qurultayda baş verən maraqlı məqamlardan biri də 6 siyasi partiyanın YAP-a birləşməsi oldu. Əslində fövqəladə qurultayın çağrılmasının da əsas səbəbi bu idi. Çünki mövcud qaydalara əsasən, hansısa siyasi təşkilatın hansısa partiyaya birləşməsi və yaxud hansısa qanadın buraxılması yalnız qurultayın səlahiyyətinə aid məsələdir. Və dünən qurultayın qərarı ilə 6 siyasi partiya YAP-a birləşdi. Sirr deyil ki, bu gün ölkəmizdə 60-dək siyasi partiya dövlət qeydiyyatından keçib. Həmin siyasi partiyaların fəaliyyəti bu və digər şəkildə cəmiyyət tərəfindən müxtəlif proseslər zamanı sezilib. Elə onlardan 21-i son parlament seçkilərində siyasi marafona qoşulmuşdu. Bu baxımdan, maddi-texniki vəziyyətindən və üzvlərinin sayından asılı olmayaraq, bu gün Azərbaycanda mövcud olan siyasi plüralizm və çoxpartiyalı sistem şərait yaradır ki, bütün siyasi partiyalar qanunvericilik çərçivəsində fəaliyyət göstərsinlər. Təbii ki, siyasi proseslərdə daha aktiv şəkildə qoşulmaq və ortaya siyasi güc qoymaq üçün partiyaların birləşməsi də bir çox hallarda zərurətə çevrilir. Bu cür birləşmələr ölkədə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olur. Ona görə də 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi milli həmrəyliyin bariz təntənəsidir.  

Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri  İlham Əliyevin bu yaxınlarda səsləndirdiyi “Biz birlikdə güclüyük” fikri əslində siyasi partiyalara və cəmiyyətə bir mesaj idi. Və verilən mesaj da siyasi kliuarlarda reyaksiyasız qalmadı. Həmən 6 partiya hərəkətə keçdi. Birləşmək təşəbbüsü ilə çıxış edən partiyalar bunlardır: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar
Partiyası.

Yada salaq ki, son 20 ildə Azərbaycanın siyasi mühitində belə bir  konsolidasiyaya rast gəliniməyib. Bunun da bir sıra səbəbləri var.

Birincisi, son dönəmlər ölkəmizdə baş verən pozitiv dəyişikliklər bir daha sübut etdi ki, ümummilli lider, YAP-ın yaradıcısı Heydər Əliyevin dediyi kimi “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”. Ona görə də istənilən siyasi fəal məmnuniyyətlə, belə bir aparıcı partiyanın sıralarında addımlamaq istəyir.

İkincisi, İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbə və ərazi bütövlüyümüzün bərpası sübut etdi ki, yaxın 20 ildə YAP-a heç bir siyasi partiya və birlik alternativ güc ola bilməz. Bunu düşünmək belə ağılsızlıqdır.

Üçüncüsüən başlıcası YAP sədrinə artan ümumxalq sevgisi və beynəlxalq simpatiya bu konsolidasiyanı zəruri etdi. Çünki istənilən təşşəbbüs və çağırış İlham Əliyevin əldə etdikləri titanik uğurlar qarşısında çox sönük görünür.

Dördüncüsü, Azərbaycan Prezidentinin  10 noyabrdan sonra bəyan etdiyi turançılıq ideyası türk dünyasında və Azərbaycan cəmiyyətində olduğu kimi siyasi partiyalarda da həyəcan yaratdı. Yəni hansısa partiyanın nəzəri planlarını artıq dövlət özünün prioriteti elan edir. Bundan yaxşı ən olar?!

Ona görə də 6 partiyanın yekdilliklə YAP-a birləşməsi sosial sifariş idi. 6 partiyanın hər biri uzun siyasi bir yol keçib. Və onların hədəf seçdikləri ideyalar son dönəmdə Azərbaycan Prezidentinin rəhbərliyi altında addım-addım həyata keçirilir. Son 6 ayda Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Ermənilərin 30 illik işğalçılıq siyasətinə son qoyuldu. Xalqımız və dövlətimiz bir çox bəlalardan qurtuldu.”Xalq-İlham Əliyev” birliyi yarandı. Və Azərbaycan regionun lider dövlətinə çevrildi.Artıq regionda gedən siyasi proseslərdə əsas söz yiyəsi Azərbaycandır. Bu isə milli qurtuluşun və milli birliyin təntənəsi idi. Ona görə də Milli Qurtuluş və Milli Hərəkat partiyalarının YAP-a birləşməsi təbii haldır.

Son aylar turançılıq ideyası Azərbaycanın dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Ölkə başçısının təşəbbüsləri və fədakar əməyi sayəsində Böyük Turan ideyası istiqamətində cahanşümul işlər görlülüb.Türkiyə-Azərbaycan artıq “bir millət, iki dövlət” ideyasını aşaraq “bir millət, vahid dövlət” əsasları üzərində bərqərar olub. Hələ digər türk dövlətlərini demirəm. 30 ildən sonra Azərbaycanla Türkmənistan dövlətləri birgə layihələrin icrasına başladı. İki ölkə prezidentləri ilk dəfə olaraq, özü də dönə-dönə bir-birilərinə “qardaş”-deyə müraciət etdilər. Hələ Özbəkistanla son günlər başlayan qarşılıqlı səfərləri demirəm. Yəni Turançılıq ideyası artıq Azərbaycanın dövlət siyasətinin bir parçasına çevrilib. Azərbaycan Xalq Demokratik Partiyasının və onun sədri Rafiq Turabxanoğlunun da qayəsi, hədəfi turançılıq idi. Bu ideyanı həyata keçirən dövlətin sədaqətli əsgəri olmaqsa hər bir azərbaycanlının, o cümlədən Rafiq Turabxanoğlu tərəfdarları üçün şərəf işidir.

YAP-a birləşən digər bir partiya isə Yurddaş Partiyasıdır. Bu partiyanın əsas ideyası və məqsədi dünya azərbaycanlıların birliyinə nail olmaq idi. Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızla apardığı iş göz qabağındadır. Xüsusilə, azərbaycanlıların Qüdsi sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi dünya azərbaycanlılarına yeni nəfəs verdi, qürurlandırdı. Ona görə də bu partiyanın da YAP-a birləşməsi təsadüf deyil. Yurddaş Partiyasının sədri Gülay Quliyeva bildirib ki, “Rayon təşkilatlarından bizə Yeni Azərbaycan Partiyasına birləşmək istədiklərinə dair təkliflər gəldi. Biz hər zaman YAP-ın rəhbəri, sədrimiz, Prezident İlham Əliyevin kursunu dəstəkləmişik. Bizim rayon təşkilatlarının sədrləri bundan sonra da onun ətrafında sıx birləşmək təklifi ilə çıxış etdilər. Bu təkliflə bağlı martın 1-də qurultayımızı keçirdik. Qurultayda da verilən təklif yekdilliklə qəbul olundu. Belə qərara gəldik ki, bu gün Azərbaycan xalqının arzularını reallaşdıran, xalqımızın ən ağrılı problemi olan Qarabağ məsələsini həll edən, bizi torpaqlarımıza qovuşduran liderin sədrlik etdiyi ən nüfuzlu, ən güclü partiyaya birləşək və bununla bağlı müraciət etdik. Bu, çox gözəl ideyadır”.

O ki, qaldı  Azərbaycan Demokrat Sahibkarlar Partiyasına… Bu gün Azərbaycanda sahibkarların ən inanılmış və yaxın dostu YAP-ın sədri İlham Əliyevdir. Sahibkarlığın inkişafın prezident İlham Əliyev əsas hədəflərindən biridir. Belə bir vəziyyətdə isə istənilən partiya dövlətin və aparıcı qüvvənin yanında olmağı özünə borc bilir. Sahibkarlar Partiyası də məhz bu zərurətdən YAP-la birləşmək qərarına gəldi.

Ən nəhayət, YAP-a birləşən partiyalardan biri də Azərbaycan Kəndli Partiyasıdır. Bu gün Azərbaycan kəndi sürətlə inkişaf edir və simasını dəyişir. Artıq kəndlərimizdə işıq, qaz, su problemləri demək olar ki, yox dərəcəsindədir. Azərbaycan fermeri hətərəfli dövlət qayğısı ilə əhatə olunub.Ona görə də kəndlinin bu gün ən yaxın qayğıkeşi ölkə başçısıdır. Ona görə də Azərbaycan Kəndli Partiyasının YAP-a birləşməsi günün tələbi idi.

Beləcə, martın 5-də ölkəmizdə baş verən siyasi partiyalar arasındakı konsolidasiya Azərbaycan dövlətinin növbəti uğuru və gələcək nailiyyətlərin təməl prinsipidir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*