Türkiyənin Stokholm və Kopenhagendəki səfirlikləri qarşısında Qurani-Kərimi yandıraraq sərt reaksiyalara səbəb olan ifrat sağçı Danimarka Sıx İstiqamət Partiyasının lideri Rasmus Paludan Məxfi Kəşfiyyat Xidməti tərəfindən 7 aydır naməlum yerdə saxlanılır.
KONKRET.az xəbər verir ki, Danimarkada çıxan “B.T” qəzetinə gizli yerdə müsahibə verən Paludan bildirib ki, fevral ayından bəri ona evində yaşamağa icazə verilmir. Bu müddət ərzində ona yalnız bir dəfə yaxın qohumları ilə görüşmək imkanı verilib. Görüş isə meşədə baş tutub.
Gizli Xidmət hesab edir ki, Paludana qarşı təhdidlər artıb. Buna görə də uzun müddət onun geniş məhdudiyyətlər altında yaşamalı olacaq.
Natiq Səlim,
KONKRET.az