9989 qutu aksizsiz siqaretlər aşkarlandıbackend

9989 qutu aksizsiz siqaretlər aşkarlandı

DGK Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonunda yerləşən mağazaların birində qanunvericiliyin tələbinə əsasən aksiz markası ilə markalanmamış tütün məmulatlarının (siqaretlərin) satışının həyata keçirilməsi müəyyən olunub və baxış zamanı mağazanın anbarından külli miqdarda – 179 adda 9989 qutu aksizsiz siqaretlər aşkar edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən KONKRET.az-a verilən məlumata görə, hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*