AAYDA-nın idarəsi külli miqdarda cərimələnirbackend

AAYDA-nın idarəsi külli miqdarda cərimələnir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) “1 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan iki inzibati xəta protokolu tərtib olunub.

KONKRET.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İşə 15.08.2024-cü il tarixində Xızı Rayon Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi ilə baxılacaq.//Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*