İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan Prezidenti ilə görüşündən paylaşım edib.
KONKRET.az həmin paylaşımı təqdim edir:
“Bu gün Bakıda Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə konstruktiv, ətraflı və səmərəli görüş keçirdim.
Bu səmimi və aydın söhbətin nəticələrinin iki dost, qardaş və qonşu ölkə olan İran və Azərbaycan arasında münasibətlərdə yeni səhifə açacağı, iki ölkənin düşmənlərini və bədxahlarını məyus edəcəyi gözlənilir”.
Qeyd edək ki, İranın XİN başçısı 5 iyulda ölkəmizdə rəsmi səfərdə olub.