Abituriyentlər sınaq imtahanında iştirak üçün buraxılış vərəqəsini çap edə bilərbackend

Abituriyentlər sınaq imtahanında iştirak üçün buraxılış vərəqəsini çap edə bilər

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 12 fevral 2023-cü il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçiriləcək.

DİM-dən KONKRET.az-a verilən xəbərə görə, fevralın 19-da isə I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupı üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər müvafiq olaraq informatika və coğrafiyadan əlavə imtahan verəcək.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi“ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*