“Türkiyə liderinin təbrikləri və Tavuşdakı daşqınlarla bağlı başsağlığı – bütün bunlar Türkiyənin “yumşaq” təzyiq taktikasının təzahürü kimi qiymətləndirilməlidir”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni türkoloq Mqer Abrahamyan bildirib.
Onun sözlərinə görə, “Əslində, Türkiyə gündəmi diqtə edir: İrəvan qarşısında yalnız o şərtlər qoyur, bu da Ermənistan-Azərbaycan “işi” ilə bağlıdır. Nə Ankara, nə də Bakı hələ də Zəngəzur ideyasından əl çəkməyib. Türkiyə hələ də Ermənistan hakimiyyətinin “erməni soyqırımı” mövzusunu bağlamasını gözləyir”.
Erməni ekspert bildirib ki, “İki ölkənin xüsusi nümayəndələri arasında normallaşma ilə bağlı danışıqlarda fasilə də dəhliz mövzusu ilə bağlıdır. Erməni tərəfi hələlik marşrutun açılmasına müqavimət göstərir, lakin ola bilsin ki, Azərbaycanla sərhədin delimitasiyası başa çatdıqdan sonra bu mövzu yenidən gündəmə gələcək”.
Natiq Səlim,
KONKRET.az