Tbilisidə keçirilən etiraz aksiyası bitdi – YENİLƏNDİ (FOTO)backend

Tbilisidə keçirilən etiraz aksiyası bitdi - YENİLƏNDİ (FOTO)

Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası Avropa İttifaqı və Gürcüstanın himnlərinin səslənməsi ilə başa çatıb.

KONKRET.az APA-ya istinadən bildirir ki, müxalifət liderləri növbəti planları daha sonra açıqlayacaqlarına söz veriblər.

Aksiyada iştirak edən müxalifət tərəfdarları da meydanı boşaltmağa başlayıblar.

***
Tbilisidə parlament binası qarşısında Gürcüstan müxalifətinin oktyabrın 26-da keçirilmiş seçkinin nəticələrinə etiraz aksiyası başlayıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, izdihamda Gürcüstan, Avropa İttifaqı və Ukrayna bayraqları daşıyan insanlar var.

Qeyd edək ki, bu mitinqin təşəbbüskarlarından olan Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının 53,93 faiz səs qazandığı seçkilərin nəticələrini tanımayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*