ABŞ-ın Kiyevə təhvil verdiyi Abrams tankları tezliklə Ukraynaya çatdırılacaq.
KONKRET.az xəbər verir ki, bu sözləri Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.
Almaniyada Ukrayna Əlaqə Qrupunun növbəti iclasını açan Ostin, deyib:”ABŞ-ın əvvəllər söz verdiyi M1 Abrams tanklarının tezliklə Ukraynaya gətiriləcəyini elan etməkdən məmnunam”.
Qeyd edək ki, Kiyev bundan əvvəl Ukraynanın yaxın gələcəkdə 10-dan çox tank gözlədiyini açıqlamışdı. Ümumilikdə, ABŞ bu texnikanın 31 döyüş bölməsini vəd edib.
Ariz Həsənoğlu,
KONKRET.az