ABŞ-da etirazlar səngimək bilmir. İmmiqrasiya siyasətinə qarşı narazılıq fonunda Los-Ancelesdə başlayan etirazlar artıq ölkənin digər şəhərlərinə də yayılıb.
KONKRET.az xəbər verir ki, aksiyaçılar bir neçə gündür küçələrdə iğtişaşlar törədir, ictimai asayişi pozur və dağıntılara səbəb olurlar.
Sietl şəhərində vəziyyət nəzarətdən çıxıb, nümayişçilər zibil qutularını yandırır, polisə fişənglər atırlar. Ştatın digər şəhəri olan Spokan isə daha sərt addım atıb: burada komendant saatı tətbiq olunub. Qadağa yerli vaxtla saat 21:30-dan 05:00-a qədər qüvvədədir.
Hazırda ABŞ hüquq-mühafizə orqanları vəziyyətə nəzarət etməkdə çətinlik çəkir. İctimai narazılığın hansı istiqamətdə inkişaf edəcəyi isə hələlik məlum deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az