Xamenei ABŞ ilə əməkdaşlıq üçün şərtini açıqladıbackend

Xamenei ABŞ ilə əməkdaşlıq üçün şərtini açıqladı

“ABŞ İsraili dəstəkləməyə və Yaxın Şərq məsələlərinə müdaxilə etməyə davam etdiyi müddətdə bu ölkə ilə əməkdaşlıq mümkün deyil”​. 

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Əli Xamenei 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümünə həsr olunmuş tələbələrlə görüşündə danışıb.

“ABŞ-nin İsraili dəstəkləməyə davam etməsini, regionda bu ölkənin hərbi bazalarının mövcud olmasını və onların regionun işlərinə müdaxilə etməsini nəzərə alsaq, Vaşinqton ilə Tehran arasında əməkdaşlıq mümkün deyil”, – o qeyd edib.

Xameneinin sözlərinə görə, Tehran və Vaşinqton arasındakı bütün ziddiyyətlərin “Amerikaya ölüm!” şüarında gizləndiyini düşünmək sadəlövhlükdür:

“İran İslam Respublikası və Birləşmiş Ştatlar arasındakı ziddiyyətlər – iki cərəyanın maraqlarının toqquşması və fundamental ziddiyyətlərdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*