ABŞ-Avropa münasibətlərində REAL TƏHLÜKƏ: Tramp İspaniyanı buna görə cəzalandırır…backend

ABŞ-Avropa münasibətlərində REAL TƏHLÜKƏ: Tramp İspaniyanı buna görə cəzalandırır...

ABŞ Prezidenti Donald Trampın İspaniyanın NATO-dakı iştirakını şübhə altına alaraq ölkənin alyansdan çıxarılmasını təklif etməsi beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.

Siyasi şərhçi Əziz Əlibəyli KONKRET.az-a açıqlamasında bildirib ki, bu cür yanaşma yalnız İspaniyaya deyil, bütün NATO üzvlərinə ABŞ tərəfindən müəyyən təzyiqlərin göstəricisidir.

Ermənistan bölgə üçün ciddi bir partlama həddinə gələn məkana çevrilir”— Əziz  Əlibəyli

Əlibəyli qeyd edib ki, Ukrayna müharibəsi fonunda Avropa ölkələri ABŞ-ın təsiri altında qalıb və Rusiyanın yaratdığı riskləri daha çox hiss edirlər.

Eyni zamanda, İspaniyanın keçmişdə Fələstin məsələsində tutduğu antiisrail mövqeyi ABŞ-ın narazılığına səbəb olub və ölkə buna görə “cəzalandırılır”.

Ekspertin fikrincə, Trampın bu açıqlaması NATO daxilində gərginliyi artırmaqla yanaşı, alyansın birliyinə və Avropa-ABŞ münasibətlərinə əlavə təzyiq yaradır.

Belə görünür ki, ABŞ-ın alyans üzvlərinə qarşı təzyiq siyasəti, xüsusən də müdafiə xərcləri və xarici siyasət mövqeləri ilə bağlı, gələcəkdə NATO-nun strukturuna və üzvlər arasında əlaqələrə əhəmiyyətli təsir göstərə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*