“ABŞ Azərbaycandan bəhrələnmək istəyir” – Politoloqbackend

"ABŞ Azərbaycandan bəhrələnmək istəyir" - Politoloq

Azərbaycanin Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək və bu ərazilərdə öz dövlət suverenliyini, ərazi butövlüyünü bərpa etmək məqsədi ilə iki il əvvəl apardığı 44 günlük savaşın nəticəsində Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıqlar yaranmışdır və ABŞ təbii ki, bölgədə maraqları olan digər dövlətlər kimi bu realliqların mahiyyətinə vara bilir.

KONKRET.az xəbər verir ki, bunu “Xalq Cəbhəsi”nə politoloq Elşən Manafov bildirib.

O, qeyd edib ki, bölgənin UDM-nin 75%nə malik olan Azərbaycanla münasibətlərin bu mənada qarşılıqlı maraqlar müstəvisi üzərində qurulması hətta ABŞ kimi fövqəl dövlət üçün belə prioritet əhəmiyyət kəsb edir: “ABŞ siyasi elitasi onu da anlayır ki, bu iqtisadi gücə, maliyyə imkanlarına və hərbi qüvvə faktoruna malik dövlətlə münasibətləri məhz bu zəmində qurmaqdan bölgə ilə geoiqtisadi və geosiyasi layihələri həyata keçirmək prinsip etibari ilə mümkün deyil. Azərbaycanın geocografi baxımindan əlverişli və mühüm bir ərazidə yerləşməsi, Qərbdən Şərqə, Şimaldan Cənuba gedən tranzit yol və dəhlizlərin üzərində nəzarət imkanlarına malik olmasi, ölkəmizin loqistika sahəsindəki durumu, nəqliyyat kommunikasiya dəhlizlərinə olan çıxişları da onun regional dövlət olaraq rolunun və nüfuzunun artmasına xidmət edir”.

Nəhayət, Azərbaycanın Xəzərdəki nəhəng neft və qaz ehtiyatları enerji istehsali və onun paylaşdirilmasi, istehlakçılara çatdırılmasi ilə məşgul olan dünyanin, o cumlədən ABŞ-ın nəhəng Transmilli korporasiyalarının bir qayda olaraq diqqət mərkəzində olub və bu gün də belədir. Hal hazırda yeni dünya nizamının muəyyən edilməsi uğrunda Qərb, onun hərbi, siyasi, iqtisadi guc birliklərinin Rusiya ilə yeni və daha kəskin qarşıdurma mərhələsinə daxil olduğu şəraitdə Azərbaycana olan maraq və ehtiyac əvvəlki dövrlərlə müqayisədə bizim uçun əhəmiyyətli şəkildə artib: “Bəllidir ki, Avropa özünün enerjiyə olan tələbatının əhəmiyyətli hissəsini məhz Rusiya nefti və qazı hesabına təmin edir, lakin Rusiyaya Qərbdə olan münasibət, ona qarşı tətbiq edilən iqtisadi sanksiyalar şəraitində Rusiyadan olan enerji asılılığı AB-nə yaxşı heç nə vəd etmir, zira iqtisadi sanksiyalar avropalı istehlakçıların özləri üçün ciddi problemlər yaradib, bu ölkələrdə yanacagın, habelə ərzaq məhsullarını, bir sıra sahələrdə xidmətin səviyyələrində qiymətlər kəskin şəkildə artib. Bəllidir ki, Azərbaycan məlum neft və qaz kəmərləri ilə Mərkəzi, Cənubi və Şərqi Avropa ölkələrinə neft və qaz nəqlinə malik ölkədir və bu baxımdan Avropanın enerji təhlukəsizliyinin təminatında bizim özumüzə məxsus payımız və yerimiz var, lakin o da məlumdur ki, Azərbaycan bu istehlak bazarında Rusiyani büsbütün əvəz etməyə imkani olan dövlətlərdən də deyil və əslində buna heç can atmir da. Nəzərə almaq lazimdir ki, ABŞ-ın özünün də siyasətində Azərbaycana munasibətdə ikili standartlar olub və bu gün də mövcuddur. Azərbaycan Ermənistan müharibəsinin gedişində və ümumiyyətlə okeanın o tayında Qarabag münaqişəsinin mövcud oldugu bütün bu dövr ərzində ABŞ-ın Minsk Qrupunun həmsədr dövlətlərindən biri olaraq Azərbaycana münasibətdə sərgilədiyi mövqe ictimaiyyətin yadindan çixmayib”.

Hələ 1992-ci ildə Azadligi müdafiə akti adı altinda ABŞ konqresinin qəbul etdiyi məlum akt antiazərbaycan xarakterində idi və bu gün də quvvədədir və ya müstəqil Azərbaycanin başi uzərindən ABŞ-ın uzun illər Qarabağdakı seperatçi rejimə humanitar yardim adi altinda dəstək verməsi də uzaq tarixə aid deyil. ABŞ-ın beynəlxalq terrorizmə qarşi mübarizədə Azərbaycana önəm verməsi də onun fövqəl dövlət kimi maraqlarindan irəli gəlib, zira Əfqanıstandakı NATO qüvvələrinin təchizatında Qərbin Azərbaycanin səma məkaninindan istifadə etməsi bəllidir, halbuki Azərbaycan uzun illər Ermənistanin dövlət terrorizmindən əziyyət çəkib və ABŞ da bunu görməməzlikdən gəliblər uzun muddət. Qərbin enerji təhlukəsizliyində ABŞ Azərbaycandan sadəcə bəhrələnmək istəyir və məqsəd burada Azərbaycan dolayisi yolla olsa da Rusiya ilə uzbəuz qoymaqdır, hərçənd Azərbaycan hakimiyyəti cox böyuk məharət və uzaqgörənliklə bloklara qoşulmamaq siyasətinin verdiyi imkanlardan istifadə edir və xarici siyasətdə olduğu kimi enerji siyasətində də çoxvektorluluq mövqeyindən çixiş edir, qarşı duran güc mərkəzlərinin hər hansi biri ilə xüsusi, əlahiddə munasibətlərə getmir, özunun milli Təhlukəsizlik maraqlarindan çixiş edərək subardinasiya kordinatlarinin dəyişməsində maraqli olmadigini göstərir, fürsət düşdükdə isə qarşıdurmanın fərqli qütb lərində yer alan tərəflərə özunun vasitəçilik imkanlarını təklif edir:

“Qərb və Rusiya arasinda Ukraynada yaşanan gərginliyin fonunda biz beynəlxalq hüququn yanında yer alaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Rusiya ilə ikitərəfli faydalı münasibətlərimizin, Qarabag probleminin perspektiv həlli yollarını, habelə milli təhlukəsizlik maraqlarımızın kontekstindən çixiş edərək Rusiyaya qarşi iqtisadi sanksiyalara qoşulmur, onu təcavuzə ittiham etmirik. İrana munasibətdə də bizim mövqeyimiz Qərbin bu münasibətləri görmək istədiyi geosiyasi müstəvi üzərində deyil, bütövlükdə isə ABŞ prezidentinin Azərbaycanin dövlət başçisina olan məktubu ABŞ Azərbaycan munasibətlərinin perspektiv inkişaf imkanlari, bölgədə təhlukəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın imkanları rakursunda ciddi geosiyasi əhəmiyyətə malik doktrina kimi qiymətləndirilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*