ABŞ-da kəskin hava şəraiti 58 nəfərin həyatına son qoydubackend

ABŞ-da kəskin hava şəraiti 58 nəfərin həyatına son qoydu

ABŞ-da bir həftədir davam edən qütb soyuqları nəticəsində həyatını itirənlərin sayı 58-ə çatıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Texas ştatı başda olmaqla, ölkənin böyük hissəsini təsiri altına alan şiddətli qar və buzlaşma əlverişsiz vəziyyət yaradıb.

Şiddətli soyuqlar nəticəsində və buzlaşmanın səbəb olduğu qəzalarda ən azı 58 nəfərin öldüyü bildirilir.

Qeyd edilib ki, şiddətli soyuqlar səbəbindən azı altı nəfər evində donmuş halda aşkarlanıb. Maşınında isinmək istəyən çox sayda insan isə zəhərlənib, bəziləri isə evində isinməyə çalışarkən çıxan yanğınlarda həyatını itirib.

ABŞ Milli Meteorologiya Xidməti Texasda həftəsonu temperaturun mənfi 18-dən 10 dərəcəyədək yüksələcəyini, ancaq yenidən mənfiyə düşəcəyini proqnozlaşdırır.  qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*