Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşula biləcək ölkələr sırasındadır.
KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “Breitbart” nəşrinə müsahibəsində bildirib.
Onun fikrincə, növbəti bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya, Livan qoşula bilər.