ABŞ-dan İrana qarşı yeni sanksiyalar dalğası – Çin və BƏƏ də hədəfdəbackend

ABŞ-dan İrana qarşı yeni sanksiyalar dalğası – Çin və BƏƏ də hədəfdə

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranla əlaqəli fəaliyyətlərə görə 10 nəfəri və 27 təşkilatı sanksiyalar siyahısına daxil edib.

KONKRET.az xəbər verir ki, sanksiyaya məruz qalan şəxslərdən 9-u İran, 1-i isə Çin vətəndaşıdır. Bununla yanaşı, İran, ÇinBirləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən 27 təşkilat da ikinci dərəcəli sanksiyalarla üzləşib.

Rəsmi Vaşinqtonun açıqlamasında bildirilir ki, bu tədbirlər İranın sanksiyalardan yayınma mexanizmlərini ifşa etməyə və onun iqtisadi təsir gücünü azaltmağa yönəlib.

 Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*