Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi pensiya yaşının artırılmasını təklif edən yeni hesabat hazırlayıb. Sənəddə əhalinin yaşlanması fonunda pensiya sisteminin maliyyə dayanıqlığının risk altında olduğu vurğulanır. Bildirilir ki, yaxın onilliklərdə yaşlı əhalinin sayının artması sosial sığorta sisteminə əlavə yük yaradacaq. Proqnozlara əsasən, 2050-ci ilə qədər 65 yaşdan yuxarı əhalinin xüsusi çəkisi 18 faizi ötəcək və bu da pensiya islahatlarını zəruri edəcək.
Pensiya yaşı artırıla bilərmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, pensiya sistemi sabit qalan mexanizm deyil, daim yenilənməli və sosial-iqtisadi dəyişikliklərə uyğunlaşdırılmalıdır:
“Əhalinin sayının artması, sığortalanmalı kateqoriyaların genişlənməsi, orta ömür müddətinin uzanması bu sahədə islahatları qaçılmaz edir. Pensiya sisteminin dayanıqlığını təmin etmək üçün məcburi dövlət sosial sığorta ayırmalarının həcmi və bu ödənişləri həyata keçirənlərin sayı artırılmalıdır. Bu isə yalnız yeni iş yerlərinin yaradılması, məşğulluğun genişləndirilməsi və sığorta ödəyicilərinin stimullaşdırılması hesabına mümkündür. Digər tərəfdən, sosial sığorta ödənişlərinin faiz dərəcəsinin artırılması əməkhaqqı səviyyəsinin yüksəldilməsini tələb edir. Vətəndaş gələcək pensiya təminatında maraqlı olmaq üçün yüksək gəlir əldə etməlidir”.
Ekspert bildirib ki, bu məsələ bütövlükdə ölkə iqtisadiyyatının inkişafı ilə bağlıdır:
“İqtisadi artım və məşğulluq səviyyəsinin yüksəlməsi pensiya sisteminin maliyyə bazasını möhkəmləndirəcək. Gələcəkdə özəl pensiya fondlarının yaradılması da bu sahədə müsbət rol oynaya bilər. Bir çox xarici ölkələrdə bu təcrübə uğurla tətbiq olunur. Azərbaycanda da bu istiqamətdə müəyyən proqramlar hazırlanır. Lakin problemin həlli təkcə pensiya yaşının artırılmasında deyil. Hazırda 65 yaş pensiya hüququ üçün nəzərdə tutulsa da, əhalinin əmək qabiliyyətli hissəsinin azalması və orta yaş səviyyəsinin artması fonunda çıxış yolu fərqli yanaşma tələb edir. Əsas məqsəd sosial sığorta ödəyicilərinin sayını artırmaq, ayırmaların faiz dərəcəsini yüksəltmək və sistemin maliyyə sabitliyini uzunmüddətli əsasda təmin etmək olmalıdır”.

Lənət olsun bu yaşamağa. Lənət olsun bu “Dövlətin” ədalətdən dəm vuran ədalətsiz qanunlarına!!!…..
Vallah düz,insanlar çoz acdı.
Fəlakətdi.
Çağa çuğa,uşaq muşaqlar ağalıq edir ,fəhbərdilər
Da dövlət desin ki ölüncəyə qədər işləyin,əgər iş tapsanız o yaşda və sonra ölün gedin ki yaşamağa layiq bildiklərimiz yaşaya bilsinlər sizin pullarınız ilə.’onlara’ əziyyət düşməsin, siz dözümlü xalqsız nə olar dövlət yolunda ölüncəyədək işləsəniz.Amma xalqın da alqışı və bəd duası var. 😡
Sahil Babayev bu cür əməlləri ilə xalqı dövlətə qarşı qaldırır. Bəlkə də məqsədi budur. Bunu rəhbər vəzifəyə qoymaqda dövlət böyük bir səhvə yol verir.
Pensiya yaşını artırmaqdansa, gənc ailələrə kömək olunsun ki, demoqrafik problem həll olunsun. Vətəndaşını ölənə qədər işlətmək nədir ki ? Onsuz da insanlar 40-50 yaşlarında ölürlər. İndiki vəziyyətdə hər adam pensiyaya çıxıb yaşaya bilmir. Buna da diqqət yetirilməlidir.
Güleriz aglamalu halımıza deyib gülürəm bu muzakire cixaranı Allah ayliq pensiyaya möhtac qoysun amin
Ozleri yeyib doya bilmiler yazix pensionrlerin ganini icirler.Ogeder yeyinti olmasaydi ozleri ogeder pulunu emeseydiler hec bir problem olmazdi.Milletinin oz pulunu vermek istemirler.