ABŞ-dan Ukraynaya ağır zərbə: Buna qarşı çıxdıbackend

ABŞ-dan Ukraynaya ağır zərbə: Buna qarşı çıxdı

ABŞ 7–8 iyulda Ankarada keçiriləcək NATO sammitinin rəsmi iclaslarına Ukraynanın dəvət olunmasına qarşı çıxıb.

KONKRET.az xəbər verir ki, “Politico”ya danışan diplomatların sözlərinə görə, eyni məhdudiyyətlər Alyansın Hind-Sakit okean tərəfdaşları, Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreyaya da şamil oluna bilər.

Onların yalnız müşayiətedici tədbirlərdə iştirakı nəzərdə tutulur.

Bundan əlavə, NATO ənənəvi ictimai forumu ləğv edərək onu Müdafiə Sənayesi Forumu ilə əvəz edib. Rəsmi səbəb qənaət kimi göstərilsə də, mənbələr qərarda ABŞ-ın təsirinin olduğunu bildirirlər.

Vaşinqtonun təzyiqi ilə Alyansın İraq və Kosovodakı missiyalarının da azaldıla biləcəyi qeyd olunur. Bəzi müttəfiqlər isə bu addımların tərəfdaşlıqları zəiflədə biləcəyindən narahatdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*