Musayevlər ailəsinə məxsus fərdi evdə 33 il yaşayan məcburi köçkün ailəsi mənzili 10 047 manat borc qoyaraq tərk edib. Məsələ bununla da bitməyib. Evdən məhkəmə qərarı ilə çıxarılan məcburi köçkünlər gedərkən mənzilin qapılarını da sındırıblar. Nəticədə ev yaşayış üçün yararsız vəziyyətə düşüb.
KONKRET.az ARB-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərişıq ASC-dən bildirilib ki, qurum mövcud vəziyyətdən xəbərdardır. Qeyd olunub ki, Balakişi Allahverdiyevə yaşadığı müddət ərzində dəfələrlə xəbərdarlıq edilib, akt tərtib olunub. Hətta elektrik enerjisinin verilişi də dayandırılıb.
Bildirilib ki, abonent ayrılmış limitdən artıq elektrik enerjisi istifadə etdiyi üçün 10 047 manat borc yaranıb. Bu səbəbdən qurum Balakişi Allahverdiyev barəsində məhkəməyə müraciət edib.
Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.
Ətraflı reportajda:
