ABŞ-ın Viskonsin ştatının Medison şəhərindəki dini məktəblərin birində atışma olub.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Polis atışmanı törədən yeniyetmənin güllələndiyini bildirib. Məlumatda qeyd olunur ki, hadisəni törədən şagird həmin məktəbin şagirdi olub. Xatırladaq ki, atışma 390-a yaxın uşağın təhsil aldığı “Bol Həyat” xristian özəl məktəbində baş verib. Hadisə ilə bağlı ABŞ prezidenti Bayden də məlumatlandırılıb. Ağ Evin yüksək rütbəli məmurları yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır.
Vəli Həsənoğlu,
KONKRET.az