ABŞ-də partlayıcı istehsal edən hərbi zavodda partlayış baş verib.
KONKRET.az xəbər verir ki, zavod tamamilə yox olub.
Partlayış Tennessi ştatının Bucksnort yaxınlığındakı “Accurate Energetic Systems” obyektində baş verib. Zavodun məhsullarının Ukrayna Silahlı Qüvvələrinə tədarük edildiyi bildirilir.
Ölənlər və itkin düşənlər var.
Hazırda partlayışlar davam etdiyi üçün xilasedicilər işə başlaya bilmir.