ABŞ Dnestryanıdakı vəziyyəti diqqətlə izləyir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Rusiya Avropada getdikcə aqressiv rolunu artırır. Biz bunu nəzərə alırıq və Rusiyanın Dnestryanıdakı hərəkətlərini və ümumilikdə vəziyyəti diqqətlə izləyirik”, – Miller mətbuat brifinqində deyib.
“Birləşmiş Ştatlar Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və biz Kişinyov və Tiraspolu Dnestr çayının hər iki tərəfindəki icmaların aktual problemlərinin həlli yollarını tapmaq üçün birgə işləməyə təşviq etməyə davam edirik”.
Yada salaq ki, Dnestryanıdakı rusiyapərəst deputatlar bu ərazinin Moskvanın Ukrayna ilə münaqişəsində yeni alov nöqtəsinə çevrilə biləcəyindən ehtiyat edərək çərşənbə günü Rusiyaya müraciət edərək Moskvadan kömək istəyib.
Xatırladaq ki, Dnestryanı Sovet İttifaqının dağılmasından bəri faktiki olaraq rusiyayönlü qüvvələr tərəfindən idarə olunur, lakin beynəlxalq miqyasda region Moldovanın bir hissəsi hesab olunur.
Ariz Həsənoğlu,
KONKRET.az