ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın Aleppo vilayətində İŞİD-ə qarşı xüsusi əməliyyat həyata keçirib.
KONKRET.az xəbər verir ki, əməliyyat nəticəsində terrorçu qruplaşmanın yüksək rütbəli lideri Əl-Xardani və onun təşkilatla əlaqəli olan iki yetkin oğulu məhv edilib. CENTCOM-un sosial şəbəkədə yaydığı məlumata görə, öldürülən şəxslər ABŞ hərbçiləri, beynəlxalq koalisiya və yeni Suriya hökuməti üçün birbaşa təhlükə təşkil edirdilər.
Əməliyyat zamanı ərazidə olan üç qadın və üç uşaq xəsarət almayıb.
Natiq Səlim,
KONKRET.az