“Münaqişənin həlli üzrə dialoqu pozan Ukraynadır”backend

"Münaqişənin həlli üzrə dialoqu pozan Ukraynadır" 

“Kiyev rejimi Ukraynadakı münaqişənin həlli ilə bağlı dialoqu pozur və bunda Böyük Britaniya və Avropa İttifaqı tərəfindən dəstəklənir”.

KONKRET.az-ın xəbərinə görə, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev deyib.

Hazırda ABŞ-da səfərdə olan Dmitriyev, “məhz Ukrayna danışıqları gecikdirir. Məhz Ukrayna problemləri, yığılıb qalmış problemləri həll etməkdən imtina edir”, – deyə Dmitriyev qeyd edib.

O vurğulayıb ki, Rusiya tərəfi ABŞ administrasiyasına münaqişənin həlli üzrə dialoqu pozanın Böyük Britaniya və Aİ-nin dəstəyi ilə Kiyev olduğunu çatdırmaq niyyətindədir.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*