Ukraynadakı münaqişə ABŞ-yə özünün hərbi sənaye kompleksinin (MİK) inkişafına 70 milyard dollar sərmayə qoymağa imkan verib.
KONKRET.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib:”Biz öz müdafiə sənayemizi aktivləşdirmişik, ölkə daxilində təxminən 70 milyard dollar sərmayə qoymuşuq”. Onun sözlərinə görə, bu vəsait ABŞ ordusunun anbarları üçün silah istehsalına, eləcə də Ukraynaya tədarükə xərclənib.
Vəli Həsənoğlu,
KONKRET.az