ABŞ-ı qorxudan hadisə: Kiber hücum şərq sahillərini iflic etdibackend

ABŞ-ı qorxudan hadisə: Kiber hücum şərq sahillərini iflic etdi

ABŞ-ın cənubundakı Kalonial qaz boru kəməri kiber hücumdan sonra bağlanıb. Hadisə ölkənin şərq sahillərini iflic edib.

KONKRET.az xəbər verir ki, ölkənin şərq hissəsinin 45 faizlik ehtiyat hissəsinə qaz nəql edən kəmərin bağlanmasından sonra tədqiqat işlərinə başlanılıb.

Ölkənin 14 əyalətinə qaz paylayan boru kəmərinin bərpa edilməsi üçün dərhal hərəkətə keçilib. Boru kəmərinin hər gün 100 milyon qalon yanacaq daşıdığı, hadisə baş verən yerin hava limanları üçün strateji nöqtə olduğu qeyd olunub.

Səlahiyyətli şəxslər bildiriblər ki, kiber hücumu edənlər qarşılıq olaraq külli miqdarda pul istəyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*