“ABŞ-Çin münasibətləri son illərdə artan iqtisadi və geosiyasi rəqabət fonunda gərgin olaraq qalır. ABŞ Donald Trampın Hindistanla “çox böyük bir saziş” bağlamaq niyyəti isə bu gərginliyi daha da artırmaq potensialına malikdir”.
Bu fikirləri KONKRET.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu səsləndirib:
“Vaşinqton Hindistanı həm iqtisadi, həm də hərbi sahədə Çinə alternativ kimi gücləndirməyə çalışır. Bu istiqamətdə atılan addımlar Pekində ciddi narahatlıq doğurur. Çin və Hindistan arasında onsuz da mövcud olan sərhəd gərginlikləri, habelə Hindistan-Pakistan qarşıdurması bölgədə əlavə risklər yaradır”.
Ekspert hesab edir ki, ABŞ Hindistanla bağlayacağı mümkün saziş çərçivəsində hərbi əməkdaşlıq imkanlarını genişləndirə bilər. Bu isə Cənubi Asiyada qüvvələr balansına birbaşa təsir göstərəcək.
Nəticədə, Trampın Hindistanla əməkdaşlığı genişləndirməyə yönəlmiş təşəbbüsləri ABŞ-Çin münasibətlərindəki mövcud gərginliyi daha yüksək səviyyəyə daşıyacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az