ABŞ-ın sabiq prezidenti Donald Tramp Texasda mitinq keçirəcəkbackend

ABŞ-ın sabiq prezidenti Donald Tramp Texasda mitinq keçirəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yanvarın 29-da Texas ştatında tərəfdarları üçün mitinq keçirəcək.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-ın 45-ci prezidenti olmuş Donald Tramp 29 yanvar 2022-ci il tarixində Mərkəzi Amerika vaxtı ilə saat 19:00-da Texas ştatının Konro şəhərində mitinq keçirəcək.

Bu barədə Trampın ofisindən məlumat açıqlanıb.

Eks-prezident növbəti mitinqini şənbə günü keçirəcək. Tədbir Arizonada keçiriləcək. Tramp mitinqi Kapitoliyə hücumun ildönümü üçün alternativ olaraq keçirdiyini açıqlayıb.

Xatırladaq ki, sabiq prezident Kapitoliya hücumun ildönümü ərəfəsində mətbuat konfransı keçirməyi planlaşdırsa da, bir neçə gün əvvəl tədbirin ləğv olunduğunu bəyan edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*