ABŞ İranı sanksiyalarla HƏDƏLƏDİbackend

ABŞ İranı sanksiyalarla HƏDƏLƏDİ

“İran Rusiyaya pilotsuz təyyarələri təhvil verərsə, ABŞ sanksiyalar mexanizmindən istifadə edəcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti bu yaxınlarda İran istehsalı olan pilotsuz təyyarənin nümunəsini alıb:

“Biz təsdiq edə bilərik ki, son bir neçə həftə ərzində Rusiya rəsmiləri pilotsuz təyyarələrin təhvil verilməsinə dair razılaşmanın bir hissəsi kimi İranda təlim keçiblər”.

Qeyd edək ki, ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, İran Rusiyaya pilotsuz uçuş aparatı, o cümlədən silah daşıya bilən PUA-ları ötürmək niyyətindədir. İran tərəfi bu iddianı təkzib edib.

ABŞ analitiklərin fikrincə, İran avqust ayında Rusiyaya döyüş PUA-larının ilk partiyasını göndərə bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*