ABŞ prezidentinin xüsusi elçiləri Stiv Vitkoff və Keyt Kelloq Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlarda iştirak etmək məqsədilə mayın 15-də İstanbula səfər edəcəklər.
KONKRET.az xəbər verir ki, amerikalı nümayəndələrin danışıqlarda müşahidəçi qismində iştirak etməyi planlaşdırdığı bildirilir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya ilkin şərt olmadan İstanbulda birbaşa danışıqlara başlamağı təklif edib. O, tərəflərin atəşkəslə bağlı razılığa gəlməsinin mümkünlüyünü də istisna etməyib.
Aynurə İsmayıl
KONKRET.az