Trampın vəkili Ermənistana işgüzar səfərini ləğv etdi
ABŞ prezidentinin vəkili Rudolf Culiani Ermənistana səfərini təxirə salıb. KONKRET.AZ xəbər verir ki, bu barədə “Washington Post” Ciulianinin özünə istinadən yazır.
Qeyd edək ki, Rusiya və Avrasiya İqtisadi Birliyinin yardımı ilə təşkil olunan tədbirdə Rudolf Culiani spiker kimi iştirak edəcəkmiş. Həmin tədbirdə Rusiya Prezidenti Vladimir Putin və digər Rusiya rəsmilərinin də iştirakı gözlənilir.
Cümə günü səhər Culiani konfransda iştirak edəcəyini təsdiqləsə də, bu axşam fikrini dəyişməli olub. ABŞ nəşri yazır ki, o, artıq tədbirdə iştirak etməyi planlaşdırmır.
Qeyd edək ki, bu açıqlama Donald Trampla Vladimir Zelenski arasındakı telefon danışığı ilə əlaqəli olan Ukrayna davası fonunda baş verib.
Qeyd edək ki, ABŞ prezidentinin müşaviri statusunda olan Nyu-Yorkun keçmiş meri Rudolf Culiani hələ ötən ilin oktyabrında üçüncü Beynəlxalq Avrasiya Tərəfdaşlığı Forumunda iştirak etmək üçün İrəvana gəlmişdi. O, “Erməni Soyqırımı” memorial kompleksini ziyarət edərkən Osmanlı Türkiyəsinin sıyqırım aktı törətdyi barədə açıqlama da vermişdi.
Bu baxımdan ermənilər Rudolf Culianinin səfərini səbirsizliklə gözləyirdi. Çünki onun regionda sülh və sabitliyin davamlılığı fonunda vacib açıqlamalrı gözlənilirdi. Amma ermənilər saydığını saysın, gör Culiani nə saydı.
Rudolf “qardaş” öz “dəst-xəttinə” uyğun olaraq bu ölkəyə gəlməkdən vaz keçib. Təcavüzkar dövlət üçünsə belə bir qərar gözlənilməz addım olub.
Bu baxımdan Culianinin bir il ərzində fikir dəyişməsi erməni siyasi kluarlarında ciddi çaşqınlıq yaradıb.
Hazırladı: Fadil PAŞAYEV