ABŞ Rusiyaya qarşı “super radar”ı sınaqdan keçirdibackend

ABŞ Rusiyaya qarşı "super radar"ı sınaqdan keçirdi

ABŞ Rusiya və Çindən gələn təhdidlərin aşkar olunması üçün radar sınaqlarına başlayıb.

KONKRET.az xəbər verir ki, Pentaqon Alyaskada uzaqmənzilli radarın uğurlu sınağını həyata keçirib. Yeni texnologiya Rusiya və Çindən gələ biləcək raket təhdidlərini izləmək qabiliyyətinə malikdir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, bu radar gələcəkdə “Golden Dome” (Qızıl Günbəz) raketdən müdafiə sisteminə inteqrasiya oluna bilər. “Lockheed Martin” şirkəti tərəfindən hazırlanan radar ABŞ-ın ballistik raketlərdən müdafiəsini gücləndirmək üçün nəzərdə tutulan mövcud yerüstü müdafiə sisteminin bir hissəsinə çevrilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*