ABŞ-ın maliyyə naziri Skott Bessent danışıqlardan sonra verdiyi açıqlamada, Çin tərəfinin Rusiya və İran neftindən imtina ilə bağlı tələbi qəti şəkildə rədd etdiyini bildirib.
KONKRET.az xəbər verir ki, Çin rəsmiləri cavab olaraq qeyd ediblər ki, ölkə öz enerji suverenliyini müdafiə edəcək.
“Çin suveren dövlətdir və öz enerji ehtiyacları var. Neft alışları ölkənin daxili siyasəti ilə müəyyən olunur”, – deyə Bessent çinli rəsmilərin sözlərini sitat gətirib.
Müşviq Tofiqoğlu
KONKRET.az