ABŞ və Almaniya Suriya ilə bağlı QƏRAR VERDİbackend

ABŞ və Almaniya Suriya ilə bağlı QƏRAR VERDİ

Amerikanın “GE Vernova” və Almaniyanın “Siemens Energy” ölkənin Suriyanın zədələnmiş enerji infrastrukturunu bərpa etmək üçün qaz turbinləri tədarükünə başlayıb. Bununla bağlı Suriya hökuməti ilə danışıqlar aparılır.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.

May ayında Dəməşq Qətərin Power International Holding şirkəti ilə 4000 meqavattlıq qaz turbin elektrik stansiyası tikmək və 1000 meqavattlıq günəş elektrik stansiyası üçün panellər verməklə bağlı müqavilə imzalayıb. Mənbələrə görə, “GE Vernova” və “Siemens Energy” şirkətlərinin turbinləri xüsusi olaraq bu layihə üçün nəzərdə tutulub. Müqavilənin dəyəri hələ açıqlanmayıb.

“Siemens Energy” təsdiqləyib ki, yerli nümayəndə heyəti Suriyada qərar qəbul edənlərlə ölkənin enerji təchizatını tez bir zamanda yaxşılaşdırmaq yollarını müzakirə edir. Lakin əlavə məlumat verməyib. “GE Vernova” Reuters-in şərh istəyini cavabsız qoyub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*