Çinin xarici işlər naziri Vanq Yi və ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan Maltada iki günlük danışıqlar aparıblar.
KONKRET.az xəbər verir ki, görüşün məqsədi iki ölkə arasında olan qeyri-sabit münasibətləri sabitləşdirmək və liderlər Co Baydenlə Si Cinpin arasında noyabrda baş tutacaq görüşün yolunu hamarlaşdırmağa çalışmaqdır.
Məlumata görə, hər iki tərəf çoxsaylı görüşlər zamanı aparılan müzakirələrin “səmimi, məzmunlu və konstruktiv” olduğunu bildirib.
ABŞ bildirib ki, iki hökumət “gələcək aylarda” əsas sahələrdə əlaqə və məsləhətləşmələri” davam etdirməyi vəd ediblər ki, bu da diplomatiyanın davam edəcəyinə dair gözləntiyə işarədir.
Vanq Yi qeyd edib ki, tərəflər Asiya-Sakit Okean regionu, dənizçilik və xarici siyasət üzrə məsləhətləşmələr də daxil olmaqla bir sıra istiqamətlərdə yüksək səviyyəli ünsiyyəti davam etdirmək barədə razılaşıblar.
Görüş ABŞ-ın yüksək səviyyəli rəsmilərinin son aylarda Pekinə bir sıra səfərlərindən sonra keçirilir.
Həftə sonu danışıqlardan sonra Bayden administrasiyasının yüksək rütbəli rəsmisi Ağ Evin iki lider arasında potensial görüşlə bağlı elan edəcəyi heç bir şey olmadığını söylədi, lakin Baydenin tezliklə Si Cinpin ilə görüşməyə ümid etdiyini bildirdi.
Qeyd edək ki, Bayden və Si sonuncu dəfə 2022-ci ilin noyabrında Balidə keçirilən G20 sammiti çərçivəsində görüşmüşdülər.
Ariz Həsənoğlu,
KONKRET.az