ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən İMTİNA ETDİbackend

ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən İMTİNA ETDİ

ABŞ Yaponiyada orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” nəşri məlumat yayıb.

Amerika tərəfi hesab edir ki, Yaponiyada “Tomaqavk” qanadlı raketlərinin yerləşdirilməsi və mövcud “Tip 12″lərin mənzilinin artırılması Çini cilovlamağa kifayətdir.

Bundan əlavə, ABŞ bu cür silahların yerləşdirilməsi nəzərdə tutulan ərazilərin əhalisi tərəfindən anlaşmaya nail olmağın mümkün olacağına şübhə edir.

Qeyd olunub ki, Çinin hərbi potensialının güclənməsi ilə əlaqədar qüvvələr balansı dəyişərsə, Yaponiyada ABŞ-ın orta mənzilli raketlərinin yerləşdirilməsi ilə bağlı müzakirələr yenidən canlana bilər.

Məlumata görə, 2019-cu ildə INF Müqaviləsi üzrə öz öhdəliklərinin dayandırılmasından sonra Birləşmiş Ştatlar 2023-cü ildə orta mənzilli raketləri, xüsusilə də hipersəs silahlarını inkişaf etdirməyi hədəfləyir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*