Abşeronda yük maşını qəza törətdi – Xəsarət alan varbackend

Abşeronda yük maşını qəza törətdi - Xəsarət alan var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

TIR yük avtomobili yolu keçən 1953-cü il təvəllüdlü Abıyev Ağaməmməd Əziz oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beynin ağır dərəcəli və bədənin çoxsaylı əzikləri, sınıqları diaqnozları qoyulub.

A.Abıyevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*