Açıq-saçıq geyinən Nigar Camalı qınamaq olarmı və ya ƏXLAQ NƏDİR?backend

Açıq-saçıq geyinən Nigar Camalı qınamaq olarmı və ya ƏXLAQ NƏDİR?

Bu gün ictimai fikirdə geyim gündəm olub. Əslində geyim əsrlərdir mədəniyyətin və əxlaq kodeksinin vacib hissəsidir. Bu baxımdan bir qadın açıq-saçıq geyinəndə sözün əsl mənasında müzakirələr qızışır, suallar təkcə fərdi seçimlə deyil, cəmiyyətin dəyərləri, əxlaq anlayışı, din, mədəniyyət və fərdi hüquqlarla izah edilir.

Əvvəla, geyimdən öncə gəlin dəqiqləşdirək.

Əxlaq nədir və onu kim müəyyənləşdirir?

Bir tərifə görə əxlaq – insanlar arasında yaxşı və pis, uyğun və uyğunsuz davranışları ayıran dəyərlər toplusudur.

Bu dəyərlər əlbəttə ki, cəmiyyətə görə dəyişə bilər (məsələn, Bakıda və Berlində əxlaq ölçüləri fərqli ola bilər),

Zamanla dəyişə bilər (30 il əvvəl açıq-saçıq sayılan geyim bu gün normal görünə bilər),

Dinə və inanca görə də dəyişir (məsələn, İslam, xristianlıq və ya sekulyar fəlsəfələrdə əxlaq fərqlidir).

Yaxşı bəs açıq-saçıq geyim əxlaqsızlıqdırmı?

Əlbəttə ki, yox. Əxlaq yalnız geyimlə ölçülmür.

Əxlaqlı qadın ilk növbədə səmimi, mərhəmətli, vicdanlı, yalan danışmayan, başqasının haqqına girməyən, yardımsevər ola bilər.

Əxlaqlı qadın istəsə, bədən azadlığına sahib çıxaraq, istədiyi tərzdə geyinə bilər.

Amma cəmiyyətdəki bəzi qruplar üçün açıq-saçıqlıq əxlaqsızlıq yozulur. Bu, kobud və birtərəfli yanaşmadır. Çünki insan daha mürəkkəb və çoxölçülü varlıqdır.

Bu baxımdan açıq-saçıq geyinən qadını, yəni Nigar Camalı qınamaq olarmı?

Əxlaqi baxışlara görə qınamaq və ya mühakimə etmək əxlaqi bir davranış deyil.

Quran və İslamda belə hər kəs öz əməlindən məsuldur: “Sizin dininiz sizə, mənim dinim mənə” (Kafirun surəsi).

Heç kimin qəlbini, niyyətini, şəraitini bilmədən onun “əxlaqsız” olduğunu demək günah sayılır.

Ən pis hallardan biri təəssübkeşliklə insanı yarğılayıb, onu rüsvay etməkdir.

Humanizm prinsiplərinə görə də qadın (və ümumiyyətlə insan) öz bədəni üzərində sahiblik haqqına malikdir.

Onun seçimi xoşuna gəlmirsə, bu, sənə onu təhqir və ya qınamaq haqqı vermir.

Doğrudur, hər kəs azad olsa da, cəmiyyətin müəyyən normativləri var.

Nigar Camal bu normativləri pozduğuna görə hədəfə gəlib.

Amma qınaq başqa şeydir, qınamaq və alçaltmaq başqa şey.

Beləliklə, əxlaqlı bir qadın açıq-saçıq geyinə bilər. Çünki əxlaq təkcə bədənini örtmək deyil, insanlara necə davranmaq, nə qədər dürüst və şəfqətli olmaqdır.

Heç kimin başqasını qınamaq haqqı yoxdur, çünki heç kəs mühakimə kürsüsündə deyil.

Cəmiyyətin qaydalarına sayğı olmalıdır, amma bu qaydalar insan azadlığını boğacaq qədər sərt olmamalıdır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*