Adamyan: “Ermənistan yeni ərazilər itirəcək”backend

Adamyan: "Ermənistan yeni ərazilər itirəcək"

“Nikolun yeganə məqsədi fiziki təhlükəsizliyidir və buna hazırda onun hakimiyyətdə qalıcılığı zəmanət verir”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni fəal Azat Adamyan bildirib. O, daha sonra özünün sosial şəbəkəsində yazıb: “Zaman Qərbin xeyrinə, ermənilərin və Ermənistanın əleyhinə işləyir. Bun rəğmən Qərb Nikola qarşı ciddi maddi və informasiya xarakterli addımlar atmır.

Dünən Aİİ sessiyasının yekunlarına əsasən, ittifaqın gələcək inkişafı ilə bağlı bəyannamə imzalanıb, lakin ondan əvvəl Nikol ilin ən mənasız geosiyasi fikrini dilə gətirib. “Aİİ iqtisadi birlikdir, siyasi və geosiyasi gündəmi olmamalıdır”. Bu, mahiyyətcə cəfəngiyatdır, lakin Nikolun Qərbə satacağı budur.

Bu müddət ərzində Əliyev azərbaycanlıların Ermənistana qayıtması ilə bağlı Qərblə danışıqlar aparır, Nikol isə Ermənistanın rayonlarını ictimai televiziyanın işıqlandırdığı Qərb şəbəkələri ilə qarışdırır.

Bu prosesin davamı yeni qurbanlar və yeni ərazi itkiləri ilə müşayiət olunacaq, amma əsas bu deyil. Önəmli olan odur ki, bu, geosiyasi qütblərə Ermənistanla münasibətlərini zorla aydınlaşdırmaq üçün legitimlik verəcək”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*