Adəm Məmmədovdan şikayətçi olan daha bir şəxs danışdı: “Məndən 15 min manat pul istədi, sonra isə…”backend

Adəm Məmmədovdan şikayətçi olan daha bir şəxs danışdı: "Məndən 15 min manat pul istədi, sonra isə..."

Vəkillik fəaliyyətinə qadağa qoyulan Adəm Məmmədovun fəaliyyətindən zərər çəkənlərin sayı durmadan artır.

Bu dəfə KONKRET.az-a vəkil Adəm Məmmədov tərəfindən haqqı tapdandığını və aldadıldığını iddia edən Həsənov Daşqın Mustafa oğlu açıqlama verib.

O bildirib ki, həbsdə olan qardaşına bəraət alacağını vəd verən Adəm Məmmədovla 2022-ci ilin oktyabr ayında görüşüb.

“Qardaşım 7 il idi həbs olunmuşdu. Hələ 3 il yarım cəzası qalmışdı. Adəm Məmmədov bizə dedi ki, məhkəmədə bəraət alacaq və qardaşımın həbsdən çıxmasına köməklik göstərəcək. Bunun üçün öncə dəyəri 2 min manat olan müqavilə bağladıq. Daha sonra isə işi görmək üçün bizdən 15 min manat pul istədi. Biz də evimizdə olan qızıllarımızı girov qoyduq və bankdan kredit götürdük. Beləcə 15 min manatı Adəm Məmmədova verdik. Ancaq üç aydan sonra bizə bildirdi ki, işi həll edə bilməyib və məsələ istədiyi kimi getməyib. Ondan sonra iki-üç dəfə pulumuzu tələb etdik. Qardaşım oğlu onu “Banditizm”ə zəng edəcəyi ilə hədələdi. Bundan sonra verdiyimiz 15 min manatı geri qaytardı. Bundan sonra sənədlərimizi geri vermirdi. Sonda Vəkillər Kollegiyasına şikayət etdik və sənədlərimizi də geri ala bildik. İki min manat müqavilə pulunun isə 800 manatını geri verdi, amma qalan pul Adəm Məmmədovda qaldı. Bizim şikayətimiz ondan ibarətdir ki, Adəm Məmmədov işi həll edəcəyinə söz verib ümidlərimizi puça çıxarır”, – Daşqın Həsənov vurğulayıb.

Qeyd: Adəm Məmmədov isə haqqında səsləndirilən bütün iddiaları əsassız və qərəzli hesab edir və şəxsinə qarşı şər-böhtan dolu məlumatlar adlandırır. Hətta bu iddialarla bağlı ondan açıqlama almaq istəsək də, hər dəfə bizi məhkəmə ilə hədələyir və yazıların silinməsini tələb edir. Eyni zamanda onun haqqında iddia səsləndirən şikayətçiyə zəng vurduqdan sonra saytımıza danışan xanım bizə telefon açaraq fikirlərini yayımlamamağımızı xahiş edib. Ancaq hər bir halda Adəm Məmmədovun qarşı tərəf kimi bütün fikirlərini dərc etməyə hazırıq!

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*