Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizəd məşqçilərin müəyyən edilməsi üçün yaradılan AFFA İşçi Qrupunun tam tərkibi müəyyənləşib.
KONKRET.az AFFA-nın saytına istinadən xəbər verir ki, qurumun vitse-prezidenti Elşad Nəsirov İşçi Qrupunun sədri, Vaqif Sadıqov (vitse-prezident), Zaur Axundov (İcraiyyə Komitəsinin üzvü), Sərxan Hacıyev (Baş katib), Elxan Səmədov (PFL-in prezidenti) və Fikrət Hüseynov (AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri) üzv təyin edilib.
Bu gün İşçi Qrupun tam tərkibdə ilk onlayn iclası keçirilib. İclasda ümumi fikir mübadiləsi aparılıb.