AFFA Samir Abasovu üç oyunluq cəzalandırdıbackend

AFFA Samir Abasovu üç oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisi Samir Abasovu cəzalandırıb.

KONKRET.az xəbər verir ki, buna 45 yaşlı mütəxəssisin “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIII turunun oyunu başa çatdıqdan sonra etdiyi qeyri-idman hərəkəti səbəb olub.

Abasov buna görə 1 oyunluq cəza alıb, həmçinin senyabrın 19-da təyin edilən 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilən 2 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 3 matçlıq cəzaya məruz qalıb. “Gənclik şəhəri” təmsilçisi isə 1000 manat cərimələnib.

“Neftçi” həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

Hər iki kollektiv 4 oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*