Ağ Ev sökülürbackend

Ağ Ev sökülür

ABŞ prezidenti Donald Tramp XX əsrin ortalarından bəri Ağ Evdə ən böyük tikinti işlərini planlaşdırır.

KONKRET.az musavat-a istinadən xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

O, adətən birinci xanımın ofisi tərəfindən istifadə edilən Şərq Qanadındakı otaqların sökülməsini və onların yerində 200 milyon dollara başa gələcək bal zalının inşasını təklif edib.

Prezidentin NBC-yə verdiyi açıqlamada bildirilir ki, bu dəyişiklik Ağ Evə sığmayan tədbirlər üçün çadırların qurulması zərurətini aradan qaldıracaq.

Tikinti işlərinə sentyabrda başlanacaq və prezidentlik müddəti başa çatmadan tamamlanması planlaşdırılır.

Layihə Trampın şəxsi vəsaiti və özəl ianələr hesabına maliyyələşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*