Ağacları qanunsuz kəsənlərə cinayət işi açıldıbackend

Ağacları qanunsuz kəsənlərə cinayət işi açıldı

Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində Balakən, Bərdə və Ucar rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

KONKRET.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Balakən rayonunun Roçəhməd və Qazma kəndində, Bərdə rayonunun Otuzikilər kəndində, Ucar rayonunun Qarabörk kəndində meşə fonduna daxil olmayan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 35 min manat ziyan dəyib.

Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*