Ağdaban ictimaiyyəti və QHT təmsilçilərindən beynəlxalq ictimaiyyətə müraciətbackend

Ağdaban ictimaiyyəti və QHT təmsilçilərindən beynəlxalq ictimaiyyətə müraciət

Ağdaban ictimaiyyəti və Azərbaycanın QHT təmsilçiləri beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət ediblər.

KONKRET.az xəbər verir ki, məktubda deyilir:

“Biz – 1992-ci il aprelin 7-8-də Kəlbəcərin Ağdaban kəndində Ermənistanın hərbi birləşmələrinin soyqırımına məruz qalan dinc azərbaycanlı sakinlər, kütləvi qırğının canlı şahidləri, həmin hadisədə ailə üzvlərini, doğmalarını, evlərini itirən şəxslər və Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, sizə Açıq Məktubla müraciət edərək ədalət tələb edirik!

Xocalı soyqırımının ardınca – 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın zamanı 130-dan çox ev yandırılıb, 779 nəfər kənd sakininə divan tutulub. Faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb, 5 nəfər isə girov götürülüb.

Faciə zamanı Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndələri – Aşıq Şəmşirin və onun atası Ağdabanlı şair Qurbanın əlyazmaları, külliyyatı məhv edilib, Aşıq Şəmşirin nəvəsi diri-diri tonqalda yandırılıb.

Bu gün biz doğma torpağımızda – Ağdabandayıq. Biz Sizə işğal dövründə Ermənistan tərəfindən tamam viran edilmiş, dağıdılmış kənddən müraciət edirik. Burada Aşıq Şəmşirin məzarı daxil olmaqla, kənd qəbiristanlığındakı məzarlar dağıdılıb, qəbiristanlıqlar minalanıb. İşğal dövründə Ermənistan Azərbaycan ərazisində məscidləri uçurub, içərisində donuz, mal-qara saxlayıb, onlarla məscidi yerlə-yeksan edib. Bu, heç bir dinə, mənəviyyata sığmayan vandalizm aktıdır.

Azərbaycanın işğal edilmiş ərazilərində törədilən soyqırımı aktları, cinayətlərin nəticəsidir ki, bu gün azad edilmiş ərazilərdə onlarla kütləvi məzarlıqlar aşkarlanmaqdadır.

Fransanın, Avropa İttifaqının Avropa sülh mexanizmi adı altında Ermənistanı silahlandırması, revanşizmin baş qaldırmasına hər cür dəstək verməsi bizi hiddətləndirir. Biz bu hərəkətləri, ərazi bütövlüyü məsələsinə ikili standartlarla yanaşmaları qəbul etmir, bu addımları Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət hesab edirik!

Biz yaxşı bilirik ki, Ağdaban soyqırımı da Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə olduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, etnik təmizləmə aparmaq məqsədilə törədilib.

Ötən dövr, 2020-ci ildəki 44 günlük müharibə, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı da göstərdi ki, bütün bunlar Azərbaycan xalqının mətin iradəsini sındıra bilmədi.

Biz Ağdaban icması və Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə qürur duyuruq. Onun qətiyyətli siyasəti, müdrik liderliyi nəticəsində Azərbaycan BMT qətnamələrini təkbaşına icra etdi, respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, Azərbaycan xalqı ən böyük arzusuna çatdı. Biz Prezident İlham Əliyevin siyasətini tam müdafiə edir və alqışlayırıq!

İmzalar:

Xəlifə Hüseynov – Ağdaban sakini

Dürrə Qurbanova – Ağdaban sakini

Əliqulu Alıyev – Ağdaban sakini

Bəhman Bağırov – Ağdaban sakini

Rafiq Məhərrəmov – Ağdaban sakini

Zahid Hümbətov – Ağdaban sakini

Nəsimi Səfərov – Ağdaban sakini

Şahin Əhmədov – Ağdaban sakini

Saləddin Kərimov – Ağdaban sakini

Reyhan Qasımova – Ağdaban sakini

Təbriz Alıyev – Ağdaban sakini

Leyla Hüseynova – Ağdaban sakini

Sabay Orucov – Ağdaban sakini

Əzim Hüseynov – Ağdaban sakini

Sərvan Səfərov – Ağdaban sakini

Eyvaz Orucov – Ağdaban sakini

Tapdıq Qasımov – Ağdaban sakini

Yaşar Məmmədov – Ağdaban sakini

Ərşad Qaraşov – Ağdaban sakini

Qiyas Alıyev – Ağdaban sakini

Azər Bayramov – Ağdaban sakini

Gülarə Hüseynova – Ağdaban sakini

Qabil Məmmədov – Ağdaban sakini

Saməddin Vəliyev – Ağdaban sakini

Sevinc Alızadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi

Ramil İskəndərli – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai birliyi

Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyi

Ayşən Hüseynova – “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi

Səriyyə Cəfərova – “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi

Xalid Kazımov – “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi

Ceyran Əzizova – “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi

Naibə Behbudova – “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi

Tünzalə Abduləlimova – “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi

Ceyran Həsənova – “Şəhid Analarına Dəstək” İctimai Birliyi

Rəşad Mehdiyev – “Gilavar Foto Klubu” İctimai Birliyi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*