Ağdam sakini hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.
KONKRET.az xəbər verir ki, xəsarət alan şəxs Ağdamın Çəmənli kənd sakini, 1982-ci il təvəllüdlü Bəxtiyarov Rəşad Murtuza oğludur. Çəmənli kənd ərazi nümayəndəsi Rabil Quliyev APA-ya açıqlamasında bildirib ki, R.Bəxtiyarovun əlində hərbi sursat partlayıb. Onun xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.