Ağdamda iki nəfər minaya düşərək həlak oldu – YENİLƏNİBbackend

Ağdamda iki nəfər minaya düşərək həlak oldu - YENİLƏNİB

Ağdamda iki nəfər minaya düşərək həlak olub, araşdırma davam etdirilir.

Bu barədə KONKRET.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Səfərli qəsəbə sakinləri – 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində ölməsi faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda Ağdam rayon prokurorluğunda araşdırma davam etdirilir.

“2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – məlumatda qeyd edilib.

***

13:00

Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*