GERİYƏ DÖNÜŞ
Dmitri Medvedev müasir Rusiya tarixinə qəribə islahatçı kimi düşüb. Onun islahatları Bakıda avtobus marşrutu nömrələrinin dəyişdirilməsini xatırladır. Qəribəlik isə əhəmiyyətsiz dəyişikliklərin ölkə üçün mürəkkəb dövrə təsadüf etməsindədir.
Tarix geriyə dönəndə ən gülünc hadisələr daha gülməli hal alır. Bu günlərdə “ГИБДД” adı ləğv edildi və meydana yenidən xidmətin əvvəlki adı – “ГАИ” – çıxdı.
İndi Rusiya vətəndaşları gözləyirlər ki, polis yenidən milis adlandırılacaq, Rusiya Federasiyası Rusiya İmperiyası olacaq, prezident isə imperator kimi tanınacaq. Axı niyə olmasın?! Gerçəkliyi qəbul etmək gərəkdir.
AVRO-ÇUŞKALAR
Fransanın Qaliya əyalətinin əhalisi tarixən “geri qalmış” hesab edilib. Dümanın anasının, pardon, atasının “Üç muşketyor”undakı D’Artanyanı xatırlayın. Erməni olmasa da, çox qaba, dar düşüncəli bir zad idi.
Mixail kimi tanınan komik Nşan Qalustyan qal olmasa da, elə bir şeydir. Sifətini axşam görən şəxs o gecə yuxusuz QALar.
İndi meydana (mitinqlər meydanına!) daha bir QAL variantı çıxıb – keşiş Baqrat QALstanyan. Deyir ki, “Paşinyan rədd olmalıdır, çünki mən gəlmişəm”. “Qoçaq” Kanada vətəndaşıdır, hərbi xidmətini məhz orada çəkib, Qarabağda yox.
Xarici dövlətin vətəndaşı olduğu üçün baş nazir seçilə bilməz. Amma söz gedir ki, Baqratın xatirinə konstitusiyada dəyişiklik edilə bilər. Məhz ona görə. QALstanyandır axı!
SEVİMLİ DÜŞMƏN
Bir neçə il əvvəl Taliban təşkilatı Rusiyada terror qurumu kimi qadağan olunmuşdu. Lakin bu hal onunla iş birliyi qurmağa mane olmayıb. Taliblər Sankt-Peterburqda beynəlxalq forumda iştirak ediblər, onların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirilib.
Budur, Rusiya xarici işlər və ədliyyə nazirlikləri Talibanı terrorçu təşkilatlar siyahısından çıxarmaq təşəbbüsünü irəli sürüb. Sən demə, bu aş Kremlin qazanında bişib. Belə kı, başqa vaxt deməyə söz tapmayan prezident sözçüsü Dmitri Peskov həvəslə bildirdi ki, Talibanla hesablaşmaq lazımdır, çünki bu, Əfqanıstanda real hakimiyyətdir.
Elə bu vaxt Putin jurnalistlərin qarşısında ayaqlarını aralayıb bədənini qəribə sürətdə sağa-sola tərpədərək (bu, bir tamaşa idi!) bəyan etdi ki, Volodimir Zelenski Ukraynanın legitim prezidenti deyil. Yəqin ona görə ki, o, terrorçu deyil…
DONDURMA SİYASƏTİ
Deyirlər ki, İsrail Qəzzada hərbi əməliyyatlarını dondursun. Çünki əməliyyat nəticəsində dinc insanlar həlak olurlar.
Bəs NAdinc insanlarla nə edək?! Həmin zadlarla ki, keçən il oktyabrın 7-də istirahət düşərgəsinin ərazisində mindən çox insanı gülləbaran etdi, zorladı, qaçırdı və onları hərraca qoyaraq indi fantastik şərtlərlə dəyişir?!
Fələstin dövlətini tanımaq dəb olub. Onu BMT-nin üzvü etmək istəyirlər. Guya bununla problem öz həllini tapacaq. Əfsuslar, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Amma problemlərin həlli ilə deyil, onları yaratmaqla məşğuldur.
İsrailə deyirlər ki, hərbi əməliyyatlarını dondursun. O deyir, bu deyir… Lakin heç kim HƏMAS-ı məcbur etmir ki, girovları qeyd-şərtsiz qaytarsın, döyüşçülərini məktəb, xəstəxana divarları arasında dinc insanların arxasında yerləşdirməsin.
Gücləri quldura çatmır, zərərçəkəni günahlandırırlar.
AĞZIMI AÇMA
Dünyada əhalisi sabit pul vahidi ilə düşünən, yaşayan bir ölkə varsa, o da Amerika Birləşmiş Ştatlarıdır. Amma, sən demə…
“Erin Brokoviç”. Çox gözəl, maraqlı, hətta ibrətamiz filmdir. “Oskar” mükafatı da var. Baş rolda “gözəlçə” Culiya Roberts çəkilib.
Mətləbə keçək, hərçənd Mətləb orada oynamır.
Filmin axırında Robertsin personajı bir qadının evinə gedib deyir:
– Hakim sənə və ailənə 5 milyon ödənilməsini qərara alıb.
Qadın sevinir, özünü itirir:
– 5 milyon dollar?
Adam demək istəyir “yox, Azərbaycan manatı, İran rialı! Tısbağa yumurtası!! Çimərlik qumu!!!”.
Demədim. Hərçənd, hərdən televizorla da danışıram. Siz də səbirli olun. Allah səbirlini sevir, ona 5 milyon verir. Nə? Atın ağzını açma. Mənim – xüsusilə!
CAVAB VERİLƏCƏK!
Yəqin “Bi-Bi-Si”ni tanıyırsan. İngilisin ədalətsiz təbliğat maşınını deyirəm.
Bu günlər İrəvanda Paşinyana qarşı mitinqlərdən danışdı. Müxbir Qriqor indi 1 nömrəli müxalifə çevrilmiş keşiş Barkodu, pardon, Baqratı təriflədi. Dedi ki, “cavan, aktiv, cazibədar”dır.
Yolu kəsmək, meydanı tutmaq… Bunlar Qriqor üçün önəmlidir. Amma müharibədə məğlubiyyətdən az sonra Paşinyanın seçkilərdə qələbəsi, xalqın ona verdiyi dəstək Qriqorun və onun “Bi-Bi-Si”nin gözünə görünmür.
Deyir, bəzi mənbələrə görə, meydanda minlərlə, on minlərlə, hətta yüz min erməni toplaşıb. Mənbə isə göstərilmir. Adı çəkilsə, yəqin keçinin buynuzu görünər.
Məsələni şişirtmək erməni tayfasına xas olan cəhətdir. Özü də, olmayan şeyi uydurmaq, sonra ona tarix yazmaq, vaxtaşırı qədimləşdirmək sevimli məşğuliyyətdir. Qondarma erməni soyqırımı “qurban”larının müxtəlif mənbələrdə oxuduğum ən zəngin variantı 2,5 milyondur. Sonra utanaraq azaldıb, 1,5-də dayandılar.
Etibarlı mənbədən alınan məlumata görə, Emma Makron İrəvanda olarkən dükana gedib kolbasanın qiymətini soruşur. Satıcı deyir:
– Bəzi mənbələrə görə 1 milyon dramdır. Onu qədim dövrlərdən bir çox çarımız yeyib, yeyib, qurtara bilməyib. Sən də tamamlama. Dilinin ucunu toxundursan, bəsindir.
Makron uzaq yol gəldiyindən, dilini toxundurmaqla kifayətlənmədi, kolbasanı bir neçə dəfə yaladı…
Tarixin yaddaşından qan ləkələrini silmək üçün onu yalamayın! Qulağı kəsik Andronikdən tutmuş vicdanı qırıq Qaregin Njdeyə, sonra da Xocalı qatillərinə qədər heç kəs unudulmayıb, hər şey xatırladılacaq!
A.ƏZİZ,
KONKRET.az