Ağır vəziyyətdə Bakıya gətirilən 14 yaşlı qız ÖLDÜbackend

Ağır vəziyyətdə Bakıya gətirilən 14 yaşlı qız ÖLDÜ

Martın 5-i Göyçay rayonunun Kürdəmiş kəndində dəm qazından zəhərlənən yeniyetmə qız Bakıdakı xəstəxanada vəfat edib.

KONKRET.az xəbər verir ki, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 2009-cu il təvəllüdlü Zahidə Samir qızı Məmmədzadə tibbi müdaxilələrə baxmayaraq, martın 14-də dünyasını dəyişib.

Qeyd edək ki, Z.Məmmədzadə yaşadığı evdə hamam otağında dəm qazından zəhərlənib, ailə üzvləri onu huşsuz halda tapıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*